Hər birinizi saytımızda görməkdən məmnunluq duyur və Milli Book Cafe ailəsi adından salamlayırıq! Məlum olduğu kimi Book Café konsepti Qərb və Avropaya məxsusdur.
Gənclərin Qərbdə və Avropada təhsil almaları, müxtəlif sahələrdə biznes fəaliyyətləri və turizm sektorunda çalışmaları, istəsək də istəməsək də həmin yerlərin adət və ənənələrini və eyni zamanda da mədəniyyət formalarını sürətli şəkildə mənimsəmələrinə səbəb olur.
Qərbə və Avropaya sürətli inteqrasiyadan hər nə qədər yayınmağa çalışsaq da bəzən gənclərin maraq dünyası onların rəngli dünyasının ahənginə boyanmış olur.
Biz də gənclərimizin maraq dünyasını nəzərə alaraq Book Cafe konseptinə fərqli bir rəng qatmağa çalışdıq. Amma digər Book Cafelərdən fərqli olaraq, Book Cafe sözünün əvvəlinə Milli sözünü də əlavə etdik.
Sizdə sual yaransa ki, nə üçün Milli Book Cafe ?!
Cavab olaraq bunu deyə bilərik ki, millilik bizim özümüz və kimliyimizdir. Biz Qərbin və Avropanın rənginə boyanmamalı, özümüzə məxsus boyamız olmalıdır.
Milli Book Cafeyə gəldiyiniz zaman, buradakı milli atributlarla dizayn olunmuş interyer sizi valeh edəcəkdir.
Kitab dünyasının seyrinə dalaraq elmin dərinliklərinə varacaq, dadlı və ləziz təamlarımızla sevə-sevə qidalanacaq və mənəvi mühitimizdən yaranan ətrimizi isə heç vaxt unutmayacaqsınız!