Hörmətli qonaqlar! 28 May filialımız müvəqqəti olaraq yalnız içki və desertlərlə xidmət göstərir. Anlayışınız üçün təşəkkür edirik!

,

Relslər üzərinə uzanmış adam Rövşən Abdullaoğlu

12,00 

Əsərin qəhrəmanı psixologiyaya məlum olmayan bir xəstəlikdən əziy­­yət çəkir. Buna görə də o, cəmiyyətdən təcrid olunmuşdur. Həyatı boyu 31 tanınmış psixoterapevtin qəbulunda olan bu şəxs xilas yolunu in­­tiharda gö­rür. Beləliklə də o, relslər üzərinə uzanaraq ölüm qatarının gəl­­­məsini gözləyir. Onun yüzlərlə intihar forması arasından şüuraltı ola­raq məhz rels­ləri seçməsi də səbəbsiz deyildir.

Categories: ,

Relslər üzərində intihara qərar vermiş iki yad insanın kəsişən həyat yolları. Həyatın çətin dilemmalarından çıxış yolu axtaran “həmrelslər” və kəlmə-kəlmə son dayanacağa doğru irəliləyən ömür, bəlkə, ölüm qatarı. “Nə üçün yaşayıram?” sualına cavab tapmağa çalışan qəhrəmanlar həyata tutunmaq üçün bircə səbəb belə tapa bilmədikləri üçün ayaqları onları bu qatarın qarşısına gətirib.

Kanadada kəsişən relslər oxucunu qəhrəmanların keçmişinə aparır. Gözəl və inadkar serb qızı Adriana Balkan yarımadasında serblərə göstərilən təzyiqlərlə bağlı məqalə yazmaq üçün Mostar şəhərinə gəlir. Mostarla bərabər mehriban və alicənab bələdçisini də yaxından tanımağa başladıqca şovinist baxışları dəyişir. Boşnaklara nifrət ruhunda tərbiyə edilmiş Adriana özü də hiss etmədən bu “düşmən” millətin nümayəndəsinə əməlli-başlı aşiq olur.

Sevgi, fədakarlıq, xəyanət, Srebrenitsa dəhşətlərinin fonunda insanın özünə doğru gedən yolda ağır mübarizəsini əks etdirən möhtəşəm bir həyat hekayəsi. Bu mübarizə kimin qələbəsi ilə sonlanacaq?

Əsər insanın həqiqi mahiyyətini açıqlayaraq düşdüyü çətin sınaqlar zamanı açığa çıxan rəzilliklərini və yüksələ biləcəyi mənəvi zirvələri göstərir. Bir tərəfdə əsas qurbanları qadınlar və uşaqlar olan qorxunc savaş, digər tərəfdə isə həyatın ən ağır sınaqlarından qalib çıxan SEVGİ. Sevdikləri üçün canından keçmək asandır, lakin sevdikləri üçün yaşamağa – uzun illər boyunca hər gün ölüb-dirilərək yaşamağa yalnız həqiqi sevgini dadanlar qadirdir.

Dil

Azərbaycan

Nəşriyyat

Reviews

There are no reviews yet.

Be the first to review “Relslər üzərinə uzanmış adam Rövşən Abdullaoğlu”

Your email address will not be published. Required fields are marked *

Scroll to Top